Fan zone Corporate
az
en
Badminton IS
Fan zone Corporate
az
en
Rəhbərlik
Komitələr
Tədbirlər
Xəbərlər
Azerbaijan International
Badminton IS
Rəhbərlik
Komitələr
Tədbirlər
Xəbərlər
Azerbaijan International
Azərbaycan Badminton Federasiyası BWF-in Gender Bərabərliyi və Müxtəliflik Mükafatına layiq görülüb

Azərbaycan Badminton Federasiyası (Badminton Azerbaijan) Badminton Dünya Federasiyası (BWF) tərəfindən Gender Bərabərliyi və Müxtəliflik Mükafatı ilə təltif olunub. Mükafat Danimarkanın Horsens şəhərində keçirilmiş BWF-in İllik Ümumi Yığıncağı çərçivəsində təqdim edilib. Bu mükafat 2022-ci ildən Bakı şəhərində yerləşən 4 saylı qadın cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən “İdman Həyatdır”təşəbbüsünün uğurlarını əks etdirir.
Ətraflı
Gənc məşqçilərimiz BEC tərəfindən təşkil edilən beynəlxalq seminarda iştirak edib

Dekabrın 6-dan 8-dək Danimarkanın Brondbü şəhərində Danimarka Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Badminton Konfederasiyası tərəfindən məşqçilər üçün 2 günlük təcrübə təlimləri təşkil olunub. Avropanın müxtəlif ölkələrindən iştirak üçün dəvət olunan məşqçilər Danimarkada badmintonun uğurlu inkişaf strategiyası, məşq mədəniyyəti, bu ölkədə həm milli komanda, həm də klub səviyyəsində fəaliyyət göstərən məşqçilərin iş prinsipləri ilə yaxından tanış olublar, Danimarka Badminton sisteminin önəmli şəxsləri ilə görüşüblər. Azərbaycanı beynəlxalq təlimdə gənc məşqçilərimiz Orxan Qələndərov və Kənan Rzayev təmsil edib. Bu seminar gənc badminton məşqçilərimizin müəyyən təcrübə qazanması və gələcəkdə öz fəaliyyətlərində tətbiq etməsi baxımından böyük imkanlar yaradır.

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq.
2025-05-16
Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib. 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub. İllik yığıncaqda marketinq, kommunikasiya, maliyyə və sair komitələrin hesabatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, badminton idman növü dünyada uğur qazanmaqda davam edir. Belə ki, 2025-ci ildə yer kürəsində bu idman növünün pərəstişkarları (fan base) 744 milyon nəfər təşkil edir. 400 milyon insan badmintonla aktiv məşqul olur və hal-hazırda raketka ilə dünyada oynanılan ən məşhur idman növüdür. Sosial mediada isə BWF 17 milyon insan tərəfindən izlənilməklə yanaşı FIFA, FIBA ilə bərabər ən çox izlənilən 10 federasiyasından biridir. Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib. BWF-in mövcud qaydalarına görə 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcəklər. Tailand Badminton Federasiyasının prezidenti KhunyinqPatama Leesvadtrakul Dünya Badminton Federasiyasının Prezidenti seçilib. Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası son illərdə dünya reytinqində 85-ci yerdən 46-cı yerə yüksəlməyə müvəffəq olub və davamlı olaraq müxtəlif səviyyəli beynəlxalq badminton turnirlərinə ev sahibliyi edir. 2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) konqresi Bakıda keçirilib. Azərbaycan Badminton Federasiyası sosial məsuliyyət çərçivəsində BWF ilə 2023-cü ildə imzalanan razılaşmaya əsasən Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə dəstək məqsədilə Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarın badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz etmişdir.
Bu dəfə həvəskarlar yarışdı!
2025-04-30
16 mart tarixində badminton sevənlər arasında həyəcan dolu turnir keçirildi. Volan Badminton Klubunun təşkilatçılığı və Azərbaycan Badminton Federasiyasının dəstəyi ilə baş tutmuş möhtəşəm tədbir böyük maraqla qarşılandı.
Aprelin 2-i «Shuttle Time» layihəsi çərçivəsində Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş tədbir keçirildi.
2025-04-30
Tədbirdə federasiyamızın məşqçiləri tərəfindən autizmli uşaqlara badmintonla bağlı ilkin məlumatlar verildi, oyun qaydaları öyrədildi. Ünsiyyət və hərəkət koordinasiyasını inkişaf etdirən badminton uşaqlar arasında böyük maraqla qarşılandı. Badminton hamı üçündür!

Taleh Ziyadov
Prezident
Ziyadov Taleh Məhəmməd oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Taleh Ziyadov magistr dərəcəsini ABŞ-ın Corctaun Universitetinin Xarici Xidmət Məktəbindən, fəlsəfə doktoru elmi dərəcəsini isə Böyük Britaniyanın Kembric Universitetində almışdır. T.Ziyadov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Vaşinqtonda icraçı direktorunun müavini, ADA Universitetində Akademik işlər üzrə dekan müavini və baş elmi işçi vəzifələrində çalışmışdır. O, 14 noyabr 2014-cü il Azərbaycan Respublikasının Prezidentinin 853 №-li sərəncamına əsasən yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə Baş direktor təyin edilmişdir. T.Ziyadov “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəzi” (ADA, 2012) kitabının, bir çox elmi məqalələrin müəllifi və “Beyond Resource Curse” (UPPEN, 2012) kitabının editorudur. 2021-ci ilin 8 dekabrında Taleh Ziyadov Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağının növbədənkənar konfransında Federasiyanın prezidenti seçilmişdir. Ailəlidir, 3 övladı var.
Ətraflı
Teymur Hüseynov
Vitse-prezident
Hüseynov Teymur Fərhad oğlu, 1 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Bilkent Universitetinin İqtisadiyyat, Menecment və Sosial Elmlər fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirərək “Beynəlxalq münasibətlər və iqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Böyük Britaniyanın Oksford Universitetində təhsilimi davam etdirib. 2003-cü ildə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Rusiya və Şərqi Avropa araşdırmaları” ixtisası üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası təbii resurslarla zəngin olan inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf modellərinə həsr olunmuşdur. Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb. 2003–2006-cı illərdə əvvəlcə İstanbulda, daha sonra Ankarada maliyyə sahəsində analitik, həmçinin enerji və infrastruktur layihələrinin inkişafı üzrə bir sıra dövlət və özəl təşkilatlara məsləhətçi kimi fəaliyyət göstərib. 2006-cı ilin avqust ayında Böyük Britaniyaya qayıdaraq Londonda neft-qaz və energetika sahələri üzrə konsaltinq bölməsində EA Consulting şirkətində menecer, daha sonra isə beynəlxalq konsaltinq şirkəti olan IHS Markit-də çalışıb. 2013-cü ilin yanvar ayından etibarən Londonda yerləşən Ernst & Young (EY) şirkətinin baş ofisinin konsaltinq bölməsində menecer vəzifəsində işləyib. 2015-ci ildə baş menecer, 2017-ci ildə isə direktor vəzifəsinə yüksəlib. 2006–2019-cu illər ərzində sənaye, energetika, neft-qaz, infrastruktur, müdafiə sənayesi və maliyyə institutları sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərin layihələrində layihə rəhbəri və idarəedicisi qismində iştirak edib. Peşəkar fəaliyyət coğrafiyası Avropa, MDB ölkələri, Yaxın Şərq, Afrika, Hindistan və Pakistanı əhatə etmişdir. London İqtisadiyyat Məktəbində (LSE) və CFA Institute-da maliyyə, investisiya və layihələrin idarə olunması üzrə ixtisasartırma kurslarını bitirib. Analitik məqalə və müsahibələri Bloomberg, CNN, Reuters və The Wall Street Journal kimi beynəlxalq kütləvi informasiya vasitələrində dərc olunmuşdur. 2019-cu ilin may ayından etibarən Bakı şəhərində yerləşən “Paşa Holding” şirkətində strategiya üzrə baş direktor vəzifəsində çalışır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir. Üç övladı var.
Ətraflı
Əjdər Cəfərov
Müşavir
Ətraflı
Ramil Hacıyev
Baş katib
Hacıyev Ramil Sabir oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2003-cü ildə isə həmin ixtisas üzrə fərqlənmə diplomuna layiq görülərək magistr dərəcəsi almışdır. 2010-cu ildə isə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmi işi ilə əlaqədar bir çox yerli və xarici elmi-praktiki konfranslarda məruzə ilə çıxış etmiş, habelə bir çox elmi-praktiki jurnallarda ondan çox elmi məqalənin müəllifi olmuşdur. 2013-cü ildə isə Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (The Institute of Certified Financial Managers) “Peşəkar daxili auditor” diplomunu əldə etmişdir. 2003-2006-cı illər ərzində ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında işləmiş, 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda müxtəlif vəzifələrdə çalışmışdır. 2014-2018-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daxili audit departamentində baş auditor, 2018-ci ildən 2022-ci ilədək həmin departamentdə menecer vəzifəsində çalışmışdır. 2021-ci ilin sentyabr ayında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də Risklərin idarə edilməsi və komplayens departamentinin müdiri vəzifəsinə təyin edilib. Ramil Hacıyev 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Badminton Federasiyasının Baş katibi vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı var.

Sədr
president@badminton.az
İnkişaf Komitəsi.
Azərbaycan Badminton Federasiyanın fəaliyyətinin təkmilləşdirilməsi, bu idman növünün ölkədə, o cümlədən regionlarda inkişafı, yeni idmançıların cəlb edilməsi, sağlamlıq imkanları məhdud insanlar arasında badmintonun yayılması və para badmintonun idman növü kimi inkişafı, məşqçilərin və hakimlərin, eləcə də texniki rəsmilərin işinin təşkili və təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır.
Aynur Səmədova – Emin Maqsudov – Mirzə Orucov – Rəşad Kərimov
Mirzə Orucov
Sədr
rh@badminton.az
Komplayens və intizam Komitəsi
Badminton idman növünün oyun qaydalarının, eləcə də Federasiyanın fəaliyyətində tətbiq edilən bütün qayda və prosedurların düzgün tətbiq edilməsi, əməkdaşların, hakimlərin, idmançıların, texniki rəsmilərin intizam pozuntularına münasibətdə yaranmış mübahisələrə baxılması işinin təşkil edilməsi məqsədi ilə yaradılmışdır. 
Aynur Səmədova - Emin Maqsudov – Ramil Hacıyev - Cavanşir Əlizadə

View all
Copyright © Azərbaycan Badminton Federasiyası 2017 - 2026
office@badmintonazerbaijan.com
(+99412) 499 85 66; (+99412) 499 85 99
Uzeyir Hajibeyov str., 140, Baku, Azerbaijan, AZ1010
Rəhbərlik
Komitələr
Tədbirlər
Xəbərlər
Azerbaijan International