Shuttle Time – Uşaqlar üçün Badminton Proqramı

Shuttle Time uşaqlar üçün badmintonun asan, maraqlı və təhlükəsiz şəkildə öyrədilməsi məqsədi ilə hazırlanmış xüsusi təlim proqramıdır. Bu proqram sayəsində uşaqlar badmintonu sıfırdan öyrənir, düzgün texnikaları mənimsəyir və məşqlərdə həm əylənir, həm də inkişaf edirlər.

Məşqlər oyun formasında keçirildiyi üçün uşaqlar idmana daha tez uyğunlaşır, aktiv olur və dərslərə böyük həvəslə qatılırlar. Shuttle Time məşqləri uşaqlarda çeviklik, sürət, diqqət, koordinasiya və dözümlülük kimi vacib bacarıqların formalaşmasına kömək edir.

Proqram uşaqlara nə öyrədir?

  • Badmintonun əsas qaydaları
  • Raketin düzgün tutulması və idarə olunması
  • Düzgün zərbələr və servis texnikası
  • Hərəkət, mövqe tutma və sürətli reaksiya
  • Komanda ruhu və sağlam rəqabət

Kimlər üçün uyğundur?

Shuttle Time əsasən 6–12 yaş uşaqlar üçün nəzərdə tutulub. Proqram həm yeni başlayan uşaqlar, həm də badmintonla artıq məşğul olanlar üçün uyğundur.

Məqsədimiz

Uşaqlara badmintonu sevdirərək öyrətmək, sağlam həyat tərzinə alışdırmaq və onların fiziki və psixoloji inkişafına dəstək olmaqdır.
Uşağınızın idmana marağını artırmaq və sağlam inkişafı üçün Shuttle Time ideal seçimdir!

Bizə qoşul!

Badminton bacarıqlarınızı inkişaf etdirmək, yarışmaq və yüksək nəticələr əldə etmək istəyən oyunçular üçün nəzərdə tutulmuş strukturlaşdırılmış və peşəkar məşq proqramları ilə öz səviyyənizi növbəti mərhələyə daşıyın.
By clicking you are agree with our
Terms and Agreements