Təlim proqramları

Shuttle Time – Uşaqlar üçün

Shuttle Time – Uşaqlar üçün Badminton Proqramı

Shuttle Time uşaqlar üçün badmintonun asan, maraqlı və təhlükəsiz şəkildə öyrədilməsi məqsədi ilə hazırlanmış xüsusi təlim proqramıdır. Bu proqram sayəsində uşaqlar badmintonu sıfırdan öyrənir, düzgün texnikaları mənimsəyir və məşqlərdə həm əylənir, həm də inkişaf edirlər.

Ətraflı
Təlimçi Kursları

Təlimçi Kursları

Badminton üzrə Təlimçi Kursları idmana maraqlı olan şəxslər üçün peşəkar məşqçi bacarıqlarını inkişaf etdirmək məqsədi ilə hazırlanmış xüsusi proqramdır. Kurs müddətində iştirakçılar badmintonun əsas prinsiplərini, məşq planlamasını və uşaqlar, yeniyetmələr və böyüklərlə düzgün işləmə metodlarını öyrənirlər.

Ətraflı
Hakimlər üçün Badminton Kursları

Hakimlər üçün Badminton Kursları

Badminton üzrə Hakimlər üçün Kurslar yarışların düzgün və ədalətli şəkildə idarə olunması üçün nəzərdə tutulmuş xüsusi təlim proqramıdır. Kurs müddətində iştirakçılar badmintonun rəsmi qaydalarını, hakimlik prosedurlarını və oyun zamanı qərarvermə prinsiplərini öyrənirlər.

Ətraflı