Bizə qoşul!
Badminton şüurlu seçimdir. Badminton sadəcə bir oyun deyil Daha artığıdır.
1962 – Azərbaycanda badminton idman növü yaranır. Nazim Əliyev badmintonun əsasını qoyur. İlk Bakı çempionatı keçirilir, qalib – Lado Mehdiyev. Azərbaycan Badminton Federasiyası (ABF) yaradılır.
1963 – İlk Azərbaycan çempionatı keçirilir.
1969 – İlk İdman Ustası – Qardaşxan Hadiyev. İlk əməkdar məşqçi – Nazim Əliyev. Klaypedada keçirilən yeniyetmələrin SSRİ birinciliyində Qardaşxan Hadiyev və Valentina Tsyupa çempion olurlar.
1976 – Belarusiyanın Magilyov şəhərində yeniyetmələrin SSRİ birinciliyində Mirzə Orucov mütləq çempion olur.
1979 – Lado Mehdiyev “Əməkdar məşqçi” adına layiq görülür.
1981 – Moskva şəhərində SSRİ “Spartak” cəmiyyətinin mərkəzi şurasının yarışlarında Azərbaycan komandası çempion olur.
1996 – ABF yenidən təsis olunur. Kamal Abdullayev prezident seçilir.
1997 – Azərbaycan Beynəlxalq Badminton Federasiyasına (İBF) və Avropa Badminton Federasiyasına üzv olur.
1997 – İslam Ölkələri Qadınlarının İdman Oyunlarında Nərgiz Mehdiyeva bürünc medal qazanır.
2002–2005 – İran İslam Respublikasında Beynəlxalq Fəcr turnirində Nərgiz Mehdiyeva və Sevinc Axundova şəxsi və qoşa kateqoriyalarda dəfələrlə çempion və mükafatçı olurlar.
2010 – İran İslam Respublikasında “A” kateqoriyalı Beynəlxalq Fəcr turnirində Kənan Rzayev və Orxan Qələndərov bürünc medal qazanır.
2015 (iyun) – Bakıda keçirilən ilk Avropa Oyunlarında badminton üzrə Azərbaycanı Kənan Rzayev və Orxan Qələndərov təmsil edir.
2015 (iyun) – Mikayıl Cabbarov ABF prezidenti seçilir.
2018 (fevral) – Kişilərdən ibarət milli komanda ilk dəfə komandalararası Avropa çempionatında (Kazan, Rusiya) iştirak edir.
2019 (iyun) – Mikayıl Cabbarov növbəti 4 il müddətinə prezident seçilir.
2019 (iyun) – Minskdə keçirilən II Avropa Oyunlarında Ezmi Qovimuramadhoni 1/4 finala qədər irəliləyir.
2020 (fevral) – Milli komanda Fransanın Lievin şəhərində keçirilən komandalararası Avropa çempionatında çıxış edir.
2021 (yay) – Edi Reski Dviçayo Azərbaycan badmintonu tarixində ilk dəfə yay Olimpiya Oyunlarında iştirak edir.
2021 (dekabr) – Taleh Ziyadov ABF prezidenti seçilir.