Taleh Ziyadov magistr dərəcəsini ABŞ-ın Corctaun Universitetinin Xarici Xidmət Məktəbindən, fəlsəfə doktoru elmi dərəcəsini isə Böyük Britaniyanın Kembric Universitetində almışdır.
T.Ziyadov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Vaşinqtonda icraçı direktorunun müavini, ADA Universitetində Akademik işlər üzrə dekan müavini və baş elmi işçi vəzifələrində çalışmışdır.
O, 14 noyabr 2014-cü il Azərbaycan Respublikasının Prezidentinin 853 №-li sərəncamına əsasən yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə Baş direktor təyin edilmişdir.
T.Ziyadov “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəzi” (ADA, 2012) kitabının, bir çox elmi məqalələrin müəllifi və “Beyond Resource Curse” (UPPEN, 2012) kitabının editorudur. 2021-ci ilin 8 dekabrında Taleh Ziyadov Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağının növbədənkənar konfransında Federasiyanın prezidenti seçilmişdir.
Ailəlidir, 3 övladı var.
1997-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Bilkent Universitetinin İqtisadiyyat, Menecment və Sosial Elmlər fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirərək “Beynəlxalq münasibətlər və iqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2001-ci ildə dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Böyük Britaniyanın Oksford Universitetində təhsilimi davam etdirib. 2003-cü ildə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Rusiya və Şərqi Avropa araşdırmaları” ixtisası üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası təbii resurslarla zəngin olan inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf modellərinə həsr olunmuşdur.
Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb.
2003–2006-cı illərdə əvvəlcə İstanbulda, daha sonra Ankarada maliyyə sahəsində analitik, həmçinin enerji və infrastruktur layihələrinin inkişafı üzrə bir sıra dövlət və özəl təşkilatlara məsləhətçi kimi fəaliyyət göstərib.
2006-cı ilin avqust ayında Böyük Britaniyaya qayıdaraq Londonda neft-qaz və energetika sahələri üzrə konsaltinq bölməsində EA Consulting şirkətində menecer, daha sonra isə beynəlxalq konsaltinq şirkəti olan IHS Markit-də çalışıb.
2013-cü ilin yanvar ayından etibarən Londonda yerləşən Ernst & Young (EY) şirkətinin baş ofisinin konsaltinq bölməsində menecer vəzifəsində işləyib. 2015-ci ildə baş menecer, 2017-ci ildə isə direktor vəzifəsinə yüksəlib.
2006–2019-cu illər ərzində sənaye, energetika, neft-qaz, infrastruktur, müdafiə sənayesi və maliyyə institutları sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərin layihələrində layihə rəhbəri və idarəedicisi qismində iştirak edib. Peşəkar fəaliyyət coğrafiyası Avropa, MDB ölkələri, Yaxın Şərq, Afrika, Hindistan və Pakistanı əhatə etmişdir.
London İqtisadiyyat Məktəbində (LSE) və CFA Institute-da maliyyə, investisiya və layihələrin idarə olunması üzrə ixtisasartırma kurslarını bitirib. Analitik məqalə və müsahibələri Bloomberg, CNN, Reuters və The Wall Street Journal kimi beynəlxalq kütləvi informasiya vasitələrində dərc olunmuşdur.
2019-cu ilin may ayından etibarən Bakı şəhərində yerləşən “Paşa Holding” şirkətində strategiya üzrə baş direktor vəzifəsində çalışır.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir. Üç övladı var.
Hacıyev Ramil Sabir oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2003-cü ildə isə həmin ixtisas üzrə fərqlənmə diplomuna layiq görülərək magistr dərəcəsi almışdır. 2010-cu ildə isə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Elmi işi ilə əlaqədar bir çox yerli və xarici elmi-praktiki konfranslarda məruzə ilə çıxış etmiş, habelə bir çox elmi-praktiki jurnallarda ondan çox elmi məqalənin müəllifi olmuşdur.
2013-cü ildə isə Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (The Institute of Certified Financial Managers) “Peşəkar daxili auditor” diplomunu əldə etmişdir.
2003-2006-cı illər ərzində ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında işləmiş, 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda müxtəlif vəzifələrdə çalışmışdır.
2014-2018-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daxili audit departamentində baş auditor, 2018-ci ildən 2022-ci ilədək həmin departamentdə menecer vəzifəsində çalışmışdır.
2021-ci ilin sentyabr ayında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də Risklərin idarə edilməsi və komplayens departamentinin müdiri vəzifəsinə təyin edilib. Ramil Hacıyev 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Badminton Federasiyasının Baş katibi vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 3 övladı var.